Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 7 milyon 236 mindən çoxdur

Sentyabrın 6-da Azərbaycanda 1107 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.

ƏvvəlkiTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qardaşlaşmış limanların dördüncü iclası keçirilib
NövbətiŞahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib