Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 146, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 30 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.

ƏvvəlkiAzərbaycanda son sutkada 31 nəfər COVID-19-a yoluxub
NövbətiAzərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb