Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 349 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 917 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 665, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 987, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 668, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 558 nəfər təşkil edir.

ƏvvəlkiAzərbaycanda ÜDM-in artım göstəriciləri açıqlanıb
NövbətiYanvar-oktyabr aylarında Türkiyənin Ceyhan limanına 11 milyon tondan çox yük çatdırılıb