Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiHeydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə proyeksiya olunub
Növbəti“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb