Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.

“Report”un məlumatına görə, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.

Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

ƏvvəlkiRubio: Ukrayna nümayəndə heyəti ilə görüşlərdən sonra sülh planına düzəlişlər etdik