Azərbaycan Prezidenti xorvatiyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

ƏvvəlkiPaytaxtda sərnişin avtobusları bayram günlərində də fəaliyyət göstərəcək
NövbətiTürk Tarix Qurumu Mir Möhsün Nəvvabın əsərini çap edib