Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlki“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
NövbətiPrezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub