Azərbaycan Ordusu bir atəşlə düşmənin onlarla hərbçisini məhv edib

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib”, – nazirlikdən bildirilib.

Əvvəlkiİrandan Ermənistana silah daşınmasını əks etdirən görüntülər yayılıb
NövbətiTonaşendə düşmənin iki tankı belə məhv edilib