Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

“Report” xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçika ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, seçməmiz ilk oyunda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Azərbaycan qrupdakı son matçını mayın 25-də Litvaya qarşı keçirəcək.

Əvvəlkiİranın azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görülüb
NövbətiAzərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb