Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 358 milyon dolları keçib

Qazaxıstanın Azərbaycan ilə ticarətinin həcmi bu ilin yanvar-sentyabr aylarında 358,2 milyon dollar və ya hesabat dövründə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib.

AZƏRTAC Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac 302,5 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir.

Azərbaycandan malların idxalı isə 55,7 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.

ƏvvəlkiPrezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
NövbətiBakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir