Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Report”un məlumatına görə, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 kq) bürünc medal qazanıb.

ƏvvəlkiBritaniya Rusiyanın kiberhücumları ilə bağlı yeni sanksiyalar tətbiq edib