Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə, Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Məsud Aşina “Şöhrət” ordeni ilə, Ziya Zakir Acar “Dostluq” ordeni ilə, Akif Alaferdov, Xəlil Kələntər, Sevinc Kərimova, Fəridə Pənahova, Bəxtiyar Siracov, Xədicə Zeynalova isə “Tərəqqi” medalı ilə təltif olunublar.

ƏvvəlkiGüləş üzrə Azərbaycan çempionatına start verilib
NövbətiSalyanda yol qəzası olub, 9 nəfər xəsarət alıb