“Azərbaycan Dəmir Yolları”: Keşlə stansiyasında bədbəxt hadisə baş verib

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Bu gün saat 08:23-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Məlumatda həmçinin deyilir ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.

Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

ƏvvəlkiBakının iki qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb
NövbətiAzərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin azlığına görə dünyada ilk 10-luqdadır