Azərbaycan boksçusu İslamiadanın qalibi olub

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Report” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşı xəbər verir ki, o, 80 kq-da fərqlənib.

Milli üzvü finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın qadın boksçusu Nərgiz Zeynalova (51 kq) finalda Türkiyə təmsilçisi Taskın Aysenə məğlub olaraq gümüş medala sahib olub.

ƏvvəlkiNikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib
NövbətiPrezident İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib