“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olubPrezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.