“Azərpoçt” Qurban bayramı ilə əlaqədar növbəli iş rejimində xidmət göstərəcək

“Azərpoçt” MMC Qurban bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

MMC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 9-da respublika üzrə 1 saylı poçt filialının mərkəzi poçt şöbəsi saat 09:00-18:00-dək, 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00-dək, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək qədər xidmət edəcək.

İstehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 108 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 3 saylı poçt filialının 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri saat 10:00-17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək.

İyulun 10-da respublika üzrə 1 saylı poçt filialının mərkəzi poçt şöbəsi saat 09:00-18:00, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00-dək, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00-dək, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək xidmət edəcək.

İyulun 11-12-də respublika üzrə 1 saylı poçt filialının mərkəzi poçt şöbəsi saat 09:00-18:00-dək, 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00-dək, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00-dək, 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək fəaliyyət göstərəcək.

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 108 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 3 saylı poçt filialının 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri saat 10:00-17:00-dək, 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri saat 10:00-17:00-dək, regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək adi iş rejiminə uyğun şəkildə xidmət edəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin olunacaq.