Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıb.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin may ayı ilə müqayisədə 48 mənzil və ya 2,14 dəfə azdır.
Ümumilikdə isə yanvar-may aylarında 361 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin beş ayı ilə müqayisədə 103 ədəd və ya 22,2% azdır.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında isə Türkiyədə 12 734 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 4 718 ədəd və ya 27,03% azdır. Bu ilin may aylarında Türkiyədə 870 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin may ayı ilə müqayisədə 3 097 ədəd və ya 4,55 dəfə azdır.
2020-ci ilin may ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar mayda 209, yanvar-may aylarında isə 2 230 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 143, yanvar-mayda isə 2 102 mənzil alıb.
İlk 3-lüyü Əfqanıstan vətəndaşları tamamlayır. Bu ölkədən olan mayda 48 mənzil, yanvar-mayda isə 746 mənzilə sahib olub.