Azərbaycanlı alim “İraq-türkman mədəniyyəti cəmiyyəti”nin fəxri üzvü seçilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyevanın bu yaxınlarda çapdan çıxmış “İraq-türkman ləhcəsinin leksikası” adlı monoqrafiyası PDF formatında “İraq-türkman Mədəniyyəti Cəmiyyəti” tərəfindən İraqın bütün universitetlərinə göndərilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Kübra Quliyeva “İraq-türkman Mədəniyyəti Cəmiyyəti”nin fəxri üzvü seçilib. Alimə “İraq-türkman Mədəniyyəti Cəmiyyəti”nin diplomunu və üzvlük biletini cəmiyyətin sədri təqdim edib.