Azərbaycanın yüksək rütbəli diplomatının qızı vəfat etdi

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib. 

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev

Türk.az Baku.ws-ə istinadla xəbər verir ki, Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Humay Quliyeva BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə misilsiz xidmətlər göstərib.

O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri idi.

Allah rəhmət eləsin!