Azərbaycanın xalq artisti dünyasını dəyişib

Azərbaycanın xalq artisti, tanınmış aktyor Ramiz Məmmədov vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, aktyor uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, R,Məmmədov uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb.

Allah rəhmət eləsin!