Azərbaycanın qadın millisi İsrailə qalib gəlib

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

“Report”un məlumatına görə, yığma III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

İsrail – Azərbaycan – 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva – 0:1

Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.