Azərbaycanın karate komandası Avropa çempionatında gümüş medal qazanıb

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası kumite yarışlarının finalında Fransa millisi ilə qarşılaşıb.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız Avropa ikincisi olub. Həlledici görüşdə komandamız rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl millimiz Kosovoya 3:1, Portuqaliyaya 2:0, yarımfinalda isə Yunanıstana 3:0 hesabı ilə qalib gəlib.