Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlandı

Milli Məclis Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin müəyyənləşməsi barədə məlumat yayıb.

Parlamentin Mətbuat xidmətindən “Report”a bildirilib ki, qanunverici orqanın aprel ayının 24-də baş tutan Plenar iclasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə 82 işçi qrupun rəhbərləri seçilib.

Bununla yanaşı Beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanı nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq.

AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilən ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov – nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.