Azərbaycanda zəlzələ olub

Lənkəranda zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:24-də Lənkəran stansiyasından 21 kilometr şimal-qərbdə, Lənkəran rayonunda maqnitudası 3, dərinliyi 19 kilometr olan zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb.