Azərbaycanda ÜDM-in artım göstəriciləri açıqlanıb

2022-ci ilin ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu 111,0 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” səhifəsində yazıb.

“Bu ilin yanvar-oktyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artaraq 111 mlrd. 28,2 mln. manat, qeyri-neft-qaz sektorunda isə 9,7% artaraq 56 mlrd. 55,9 mln.manat olub. Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9% artmışdı”, – nazir yazıb.