Azərbaycanda koronavirusdan daha 4255 nəfər sağalıb, 1428 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 4255 nəfər müalicə olunaraq sağalıb, 1428 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 213 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 164 min 500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib. Aktiv xəstə sayı 46238 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 141 min 798 test aparılıb. Bugünkü test sayı isə 12507-dir.