Azərbaycanda koronavirusdan daha 3645 nəfər sağalıb, 421 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 421 yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 min 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 min 925 nəfər müalicə olunaraq sağalıb, 2 min 703 nəfər vəfat edib. Hazırda 24 min 834 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 287, bu günə qədər isə ümumilikdə, 2 milyon 204 min 226 test aparılıb.