Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 632 nəfər müalicə olunaraq sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 19 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Aktiv xəstə sayı 6443 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 347 min 951 test aparılıb. Bugünkü test sayı isə 6144-dür.