Azərbaycanda koronavirusdan 407 nəfər sağalıb, 131 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 407 nəfər müalicə olunaraq sağalıb, 131 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 230 min 66 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 222 min 960 nəfər müalicə olunaraq sağalıb, 3126 nəfər vəfat edib. Aktiv xəstə sayı 3980 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 401 min 720 test aparılıb. Bugünkü test sayı isə 7244-dür.