Azərbaycanda koronavirusdan 285 nəfər sağalıb, 132 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 285 nəfər müalicə olunaraq sağalıb, 132 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 154 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 246 nəfər müalicə olunaraq sağalıb, 3158 nəfər vəfat edib. Aktiv xəstə sayı 2750 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 453 min 83 test aparılıb. Bugünkü test sayı isə 6783-dür.