Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 145 nəfər müalicə olunaraq sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib. Aktiv xəstə sayı 2281 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 571 min 16 test aparılıb. Bugünkü test sayı isə 7915-dir.