Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 143 nəfər müalicə olunaraq sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 235 min 14 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 982 nəfər müalicə olunaraq sağalıb, 3225 nəfər vəfat edib. Aktiv xəstə sayı 2807 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 610 min 880 test aparılıb. Bugünkü test sayı isə 7996-dır.