Azərbaycanda koronavirusa daha 1831 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirusa daha 1831 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 837 min 44 test aparılıb. Bugünkü test sayı isə 10 min 590-dır.