Azərbaycanda koronavirusa 649 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1720 nəfər müalicə olunaraq sağalıb, 649 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 326 min 56 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 304 min 580 nəfər müalicə olunaraq sağalıb, 4666 nəfər vəfat edib. Aktiv xəstə sayı 16810 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 321 min 511 test aparılıb. Bugünkü test sayı isə 10244-dür.