Azərbaycanda koronavirusa 2248 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 860 nəfər müalicə olunaraq sağalıb, 2248 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 263 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 238 min 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib. Aktiv xəstə sayı 21383 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 888 min 33 test aparılıb. Bugünkü test sayı isə 14375-dir.