Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 787 nəfər müalicə olunaraq sağalıb, 2237 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 261 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 238 min 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib. Aktiv xəstə sayı 20021 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 873 min 658 test aparılıb. Bugünkü test sayı isə 14885-dir.