Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2287 nəfər müalicə olunaraq sağalıb, 2148 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 298 min 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 262 min 480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib. Aktiv xəstə sayı 31935 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 96 min 740 test aparılıb. Bugünkü test sayı isə 14583-dür.