Azərbaycanda koronavirusa 1099 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 647 nəfər müalicə olunaraq sağalıb, 1099 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 271 min 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 242 min 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib. Aktiv xəstə sayı 25830 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 935 min 718 test aparılıb. Bugünkü test sayı isə 6763-dür.