Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb, 28 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 599 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 959 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 680 min 977 test aparılıb. Bugünkü test sayı isə 5115-dir.