Azərbaycanda koronavirus infeksiyasından 1159 nəfər sağalıb, 380 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1159 nəfər müalicə olunaraq sağalıb, 380 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 213 min 279 nəfər müalicə olunaraq sağalıb, 2971 nəfər vəfat edib. Aktiv xəstə sayı 9950 nəfərdir.