Azərbaycanda koronavirus infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4203 yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864 nəfər müalicə olunaraq sağalıb, 5 min 469 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 412 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 136, bu günə qədər isə ümumilikdə 4 milyon 395 min 646 test icra olunub.