Azərbaycanda koronavirus infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3845 yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 min 2 nəfər müalicə olunaraq sağalıb, 5 min 677 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 57 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 102, bu günə qədər isə ümumilikdə 4 milyon 481 min 39 test icra olunub.