Azərbaycanda ilk dəfə parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək

Oktyabrın 1-10-da Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakıda görmə məhdudiyyətli şəxslər arasında parapauerliftinq üzrə dünya çempionatı keçiriləcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, dünya çempionatında 25-dən çox ölkənin iştirakı gözlənilir. Yarış öncəsi beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda, hakimlər üçün seminarların da keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə görmə məhdudiyyətli idmançıların iştirakı ilə 2 beynəlxalq yarış keçiriləcək. Noyabrın 7-9-da isə Bakıda paracüdo üzrə dünya çempionatı təşkil olunacaq.