Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

Trend-in məlumatına görə, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.

Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.

Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.