Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 466 nəfər müalicə olunaraq sağalıb, 9 min 986 nəfər vəfat edib. Aktiv xəstə sayı 350 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1843, bu günə qədər isə ümumilikdə 7 milyon 393 min 110 test icra olunub.