Azərbaycanda dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı kəskin artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 milyon ton yük, 2704,0 min sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8 faiz, sərnişin daşınmasında isə 57,2 faiz artım müşahidə olunub.