Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyona yaxındır

Dekabrın 13-də Azərbaycanda 8 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 2 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 894 min 80, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 120 min 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 617 min 228 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 156 min 277 nəfər təşkil edir.