Azərbaycanda COVID-19 əleyhinə “buster” doza vurduranların sayı 700 mini ötüb

Noyabrın 20-də Azərbaycanda 33 min 72 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 842 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 748 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 267 min 178, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 47 min 93, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 519 min 516 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 700 min 569 nəfər təşkil edir.