Azərbaycanda COVID-19 əleyhinə 30 min dozadan çox peyvənd vurulub

Dekabrın 16-da Azərbaycanda 30 min 303 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 126 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 842 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 990 min 538, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 131 min 789, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 630 min 793 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 227 min 956 nəfər təşkil edir.