Azərbaycanda bu gün 64 min 520 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub

Sentyabrın 11-də Azərbaycanda 64 min 520 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 min 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 234 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 milyon 557 min 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 488 min 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 68 min 624 nəfərə çatıb.